Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə olunan bütün razılaşmaların yerinə yetirilməsinə sadiqdir və Ankaradan da bunu gözləyir.
Bu barədə “Sputnik Ermənistan”a Xarici İşlər Nazirliyi yazılı sorğuya cavab olaraq məlumat verib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanla Bakı arasında sülh prosesinin müsbət nəticələnəcəyi təqdirdə Ermənistanla sərhədin açıla biləcəyini istisna etməyib.
Eyni zamanda, Ermənistan Xarici İşlər Nazirliyi izah edib ki, Yerevan Ankaradan, o cümlədən üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə quru sərhədinin açılması məsələsində də oxşar hazırlıq və öhdəlik gözləyir.
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin görüşünə gəlincə, XİN qeyd edib ki, “cəmiyyət yalnız dəqiq razılaşmalar olduqda bununla bağlı məlumat əldə edəcək”.
Xatırladaq ki, hələ 2021-ci ilin dekabrında Yerevan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin etmişdilər. 2022-ci ilin iyul ayında Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə yüklərin daşımalarının həyata keçirilməsi və zəruri proseslərin başlanması barədə razılıq əldə olunub./ Publika.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта