RU

“Ay işığım” adlı solo konsert keçirildi

İyulun 22-i Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının Musiqi şöbəsinin şagirdi, Beynəlxalq müsabiqələr laureatı Surə Rüfətin “My moonlight” (Ay işığım) adlı solo konserti keçirilib.

Kulis.az xəbər verir ki, skripka ifaçısı xüsusi seçilmiş klassik-romantik əsərlərdən ibarət repertuarını müəlliminə, məktəbinə həsr edib və aparıcı konsertmeyster, baş müəllim Svetlana Əhmədovanın müşayiəti ilə yüksək səviyyədə səsləndirib.

Qeyd edək ki, Surə Rüfət, həmçinin, milli və beynəlxalq səviyyələrdə keçirilmiş müsabiqələrdə iştirak edib. O, sözügedən müsabiqələrdə 14 dəfə birinciliyə layiq görülüb.

Избранный
49
4
kulis.az

5Источники