RU

Paris-2024: Qəzaya düşən idmançı olimpiadadan kənarda qaldı

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etməli olan danimarkalı velosipedçi Solbyörk Minke Andersonun başına xoşagəlməz iş gəlib. Matc.az xəbər verir ki, Parisə yollanmalı olan idmançını bir gün öncə avtomobil vurub. Hadisə Anderson məşq edərkən baş verib. Nəticədə velosipedçinin körpücük sümüyü qırılıb. Bu isə onun Paris Olimpiadasından kənarda qalmasına səbəb olub. Andersonu mötəbər yarışda ikiqat ölkə çempionu Rebekka Kerner əvəzləyəcək. Hadisə ilə bağlı açıqlama verən Anderson çox məyus olduğunu deyib: “Söz tapa bilmirəm, məhv oldum. Olimpiadada iştirak mənim üçün yenə xəyal olaraq qaldı”.

Избранный
57
7
matc.az

8Источники