RU

İrəvan-Kişineu reysində qalmaqal: Rusiyalı sərnişinlər təyyarəyə buraxılmadılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"FlyOne" aviaşirkətinin İrəvan-Kişineu (Moldova) reysi ilə yenidən problemlər yaranıb, sərnişinlərin bir qismi təyyarəyə buraxılmayıb.
Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadla verdiyi məlumata görə, bu barədə erməni bloqer Mika Badalyan xəbər verib.
Onun sözlərinə görə, şirkət 180 bilet satıb, lakin təyyarədə cəmi 136 yer olub. Reysə buraxılmayan biletli sərnişinlər arasında bloqer və rusiyalı vətəndaşlar olub.
Məsələyə münasibət bildirən aviaşirkət bunu iki gün əvvəlki hadisənin əks-sədası adlandırıb. Həmin vaxt təyyarənin nasazlığı səbəbindən onu daha aztutumlu təyyarə ilə əvəz etmək lazım gəlib. Nəticədə sərnişinlərin bir hissəsi vaxtında uça bilməyib. Onlara Tbilisi və ya İstanbul üzərindən tranzitlə uçmaq, yaxud başqa vaxtda uçmaq şərti ilə kompensasiya təklif olunub.
Bundan əlavə, şirkət qeyd edib ki, təyyarəyə minmək üçün prioritetlik avtomatlaşdırılmış sistem tərəfindən müəyyən edilib.
Избранный
91
50
oxu.az

10Источники