RU

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir

Azərbaycan COP29-la bağlı iddialı nəticəyə nail olmaq üçün fəaliyyətini gücləndirməli və iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının bütün tərəflərini səfərbər etməlidir.

"Aznews.az"un "Climate Change News"a istinadən verdiyi xəbərə görə, bunu COP20-nin prezidenti olmuş “WWF”nin iqlim və enerji məsələləri üzrə rəhbəri Manuel Pulqar-Vidal deyib.

"Azərbaycanın COP29-a ev sahibliyi etməsi ona təkcə danışıqları təşviq etmək deyil, həm də gələcək nəsillər üçün miras yaratmaq imkanı verir. Dəqiq müddətlərin müəyyən edilməsi, ekspert məsləhətləşmələrindən istifadə, maliyyə danışıqlarının intensivləşdirilməsi və öhdəliklərin yerinə yetirilməsi üçün ölkələrə təzyiq COP-un uğurlu olmasına səbəb ola bilər", - M.Vidal bildirib.

O qeyd edib ki, COP28 sazişi qalıq yanacaq dövrünün "sonunun başlanğıcı" olmalı idi.

"Ancaq Dubaydakı sammitdən sonra irəliləyiş məyusedici dərəcədə yavaş idi. 1,5 ℃-lik hədəf üçün fürsət pəncərəsi tez bağlanır. Biz Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik", - M.Vidal bildirib.

Избранный
29
13
aznews.az

10Источники