“Şamaxı” yay təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Küveytin “Əl-Yarmuk” klubu ilə qarşılaşan Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qələbə qazanıb.
"Şamaxı"nın heyətində Conatan Benteke dublla yadda qalıb.
Qeyd edək ki, "Şamaxı" bundan əvvəlki yoxlama oyunlarında "Kəpəz"ə 2:1, "Pelikan"a 5:0, "Cəbrayıl”a isə 4:0 hesabı ilə qalib gəlib.