"Kəpəz" bu gün sonuncu yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, "sarı-göylər" klubun məşq mərkəzində "Pelikan" ilə qarşılaşıblar.
Görüş Gəncə təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə Kərim Lkoça və Əli Səmədov fərqlənib. Fasilədən sonra isə Lassana Ndiaye və Redon Mihana qol vurub.
Qeyd edək ki, "Kəpəz" bundan əvvəl 3 yoxlama oyunu keçirib. Adil Şükürovun komandası "Turan Tovuz"a 0:4, "Şamaxı"ya isə 1:2 hesabı ilə uduzub, "Əl-Yarmuk"a (Küveyt) 2:1 hesabı ilə qalib gəlib.