RU

Ukraynanın dövlət borcu 1 milyard artdı, 152 milyard dollar oldu

Ukraynanın dövlət borcu iyunda daha 1,16 milyard dollar artaraq 152 milyard dollar həddini keçib.

Valyuta.az xəbər verir ki, bu barədə TASS ölkənin Maliyyə Nazirliyinin məlumatlarına istinadən yazıb.

İyunun 30-na olan məlumata görə, Ukraynanın borcu 152,16 milyard dollara çatıb, dövlət borcu ümumi məbləğin 94,85%-ni, dövlət zəmanətli borcu isə 5,15%-ni təşkil edib.

Respublikanın büdcə kəsiri artıq ikinci ildir ki, rekord səviyyədədir. Proqnozlara görə, 2024-cü ildə bu, 43,9 milyard dollar təşkil edəcək.

Bu yaxınlarda Ukrayna hakimiyyətinin borcların restrukturizasiyası ilə bağlı Avrobond sahibləri komitəsi ilə razılığa gələ bildiyi barədə məlumat yayılıb. Müqavilə borcun dəyərinin 37% nominal azalması ilə mövcud avrobondların yeniləri paketinə dəyişdirilməsini nəzərdə tutur. Bir gün əvvəl "Fitch" analitikləri Ukraynanın defoltunu qaçılmaz adlandırıblar.

Paşa Məmmədli

Избранный
111
1
valyuta.az

2Источники