RU

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb

Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk tranşı köçürüb.

Bu barədə AZƏRTAC Avropa Komissiyasının mətbuat xidmətinə istinadla xəbər verir.

Aİ operatorları və mərkəzi qiymətli kağızlar depozitarlarının Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə etdiyi gəlirlər Avropa Komissiyası tərəfindən iyulun 23-də birinci tranş kimi “Euroclear”a köçürülüb. İndi bu vəsait Avropa Sülh Fondu və Ukrayna üçün Fond vasitəsilə Ukraynanın hərbi potensialının gücləndirilməsi və ölkənin bərpasına yönəldiləcək.

Aİ operatorlarının əldə etdiyi gəlir mərkəzi depozitarlarda saxlanılır. İndi Aİ bu vəsaiti Ukraynaya göndərməyə başlayıb.

Emil Hüseynli

Kiyev

Mənbə: AZƏRTAC

Избранный
38
5
ilk.az

6Источники