Rusiya Səhiyyə Nazirliyinin Ftiziopulmonologiya və Yoluxucu Xəstəliklər üzrə Milli Tibbi Tədqiqat Mərkəzi Qərbi Nil qızdırmasının ilk əlamətlərini sadalayıb.
“Xəstəliyin ilk əlamətləri: bədən istiliyinin artması, ümumi zəiflik, şiddətli baş ağrısı, göz almalarında, əzələlərdə, beldə, oynaqlarda ağrı”, – RİA Novosti xəbər verir.
Mərkəz qeyd edib ki, xəstəlik irəlilədikdə yuxarıda qeyd olunan əlamətlərə qusma, süstlük, hərəkət və həssaslığın pozulması, eləcə də qıcolmalar və huşun itirilməsi əlavə olunur.
Xəstəliyin ilk əlamətlərində dərhal həkimə müraciət etməlisiniz.
Rospotrebnadzor daha əvvəl bildirmişdi ki, 2024-cü ildə Rusiyada Qərbi Nil qızdırmasının təcrid olunmuş halları qeydə alınıb.
İqlim istiləşməsi səbəbindən virusa Rusiyanın mərkəzi hissəsində və Volqaboyu ərazilərində rast gəlinir.
Mənbə RİA Novosti