RU

“Fitch Ratings” Azərbaycanın kredit reytinqini yüksəldib

Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BB+”dan “BBB-“-yə yüksəldib və reytinqin proqnozunu “stabil” kimi müəyyənləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda kredit reytinq agentliyi açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, sözügedən reytinq artımı ölkənin güclü xarici balansını, davam edən cari və fiskal profisitlərini, azalan xarici valyuta kövrəkliyini, dövlət borcunun aşağı olmasını və pul siyasətinin təkmilləşdirilməsini əks etdirir.

Həmçinin açıqlamada bu ilin ilk yarısında ölkədə illik inflyasiyanın Mərkəzi Bankın 4 faiz hədəfinin altında qaldığı, bu il inflyasiyanın orta hesabla 3,5 faiz olacağı gözlənildiyi bildirilib.

Ölkədə iqtisadi artımın 3,2 faizə qədər bərpa olunacağı, 2025-ci ildə artımın 2,7 faiz, 2026-cı ildə isə 2,3 faiz yavaşlayacağı gözlənilir.

Избранный
38
4
bakivaxti.az

5Источники