RU

Bu məhsulun xaricə satışından əldə olunan gəlir 35 milyon dollardan çox azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 118 min 871 ton miqdarında, 10 milyon 171 min ABŞ dolları dəyərində neft koksu satıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 38 min 272 ton (24,4 %), dəyər ifadəsi ilə 35 milyon 274 min ABŞ dolları (77,6 %) azdır. 2023-cü ilin birinci rübündə Azərbaycanın neft koksu ixracının miqdarı 157 min 143 ton, dəyəri isə 45 milyon 445 min ABŞ dolları olub.
Hesabat dövründə ixrac olunan neft koksu ümumi ixracın 0,08 faizini təşkil edib.

Избранный
21
1
hit.az

2Источники