RU

Almaniya kanalı Şimali Kipri tanıdı: Afina təşvişdə - Video

Almaniyanın əsas telekanallarından sayılan ARD1-də Şimali Kiprin xəritəsinin açıq şəkildə yayımlanması Yunanıstanda birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Kipr Sülh Əməliyyatının 50-ci il dönümü ilə bağlı yayımlanan proqramda Şimali Kiprin xəritəsi açıq şəkildə göstərilib və XİN başçısı kimi Tahsin Ərtoğruloğludan bəhs edilib.

Sözügedən proqram Yunanıstanda etirazla qarşılanıb.

“Almaniyanın əsas telekanallarından sayılan ARD1 Şimali Kipri tanıdı. Tahsin Ərtoğruloğluna da xarici işlər naziri dedilər, çox məyus olduq”, - Yunanıstan mediası yazıb.

Избранный
5
axar.az

1Источники