RU

Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır

Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır

Türkiyə hökuməti ildə 1 milyona yaxın elektromobil istehsal etmək niyyətindədir.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Elektrikli avtomobillərin illik istehsalını 1 milyon ədədə çatdırmağı hədəfləyən 5 milyard ABŞ dolları dəyərində təşviq paketinə başlayırıq", - Ərdoğan bildirib.

O xatırladıb ki, iyulun əvvəlində Türkiyə dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çinin "BYD" şirkəti ilə 1 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb. "Digər şirkətlərlə danışıqlarımız davam edir. Bu, hələ başlanğıcdır".

"BYD" ilə müqavilə Türkiyədə ildə 150 ​​min ədəd elektromobil və hibrid avtomobil istehsal etmək gücünə malik zavodun açılmasını nəzərdə tutur.

Избранный
112
3
sonxeber.az

10Источники