RU

Vahid Əhmədov geri çəkildi - Namizəd olmayacaq

Milli Məclisin III, IV, V və VI çağırış deputatı Vahid Əhmədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Turkustan.az-ın məlumatına görə, o, namizədliyini geri götürüb.

Vahid Əhmədov namizədliyini 59 saylı Quba seçki dairəsindən irəli sürmüşdü.

Qeyd edək ki, Hakim Yeni Azərbaycan Partiyası (YAP) sözügedən dairədən Əlibala Səttar oğlu Məhərrəmzadəni deputatlığa namizəd irəli sürüb.

Əlibala Məhərrəmzadə 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirib. 1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini alıb. İqtisad elmləri namizədi, professordur.

2010-cu ildə keçirilmiş parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olub.

Qeyd edək ki, Vahid Əhmədov namizədliyinin geri götürülməsi barədə məlumatı "report"a təsdiqləyib. Siyasətçi kifayət qədər yaşının olduğunu, ailəsi və yaxınlarının ona istirahət etməyi tövsiyə etdiyini bildirib. /modern.az/

Избранный
121
3
turkustan.az

8Источники