Rusiyanın Sverdlovsk əyalətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə iyulun 29-da Tavda şəhərində qeydə alınıb. Bu barədə regionun Dövlət Yol Müfəttişliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, 32 yaşlı sürücünün idarə etdiyi “Hyundai Solaris” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə düşüb.
Nəticədə sürücü, onun sərnişinləri – 36 yaşlı kişi və şəxsiyyəti müəyyənləşdirilən qadın aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev