Daşkəsən rayon Bayan kəndi ərazisində "MerCedes Sprinter" markalı mikroavtobusla "Toyota" markalı avtomobil toqquşması nətixəsində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 14 nəfər xəsarət alıb.
Bizim. Media-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində şirkətlərdən biririnin əməkdaşları, 1967-ci il təvəllüdlü F. Allahverdiyev, 1993-cü il təvəllüdlü S. Məmmədov, 1989-cu il təvəllüdlü S. Kazımov, 1983-cü il təvəllüldü N.Qurbanov, 1985-ci il təvəllüdlü R. Verdiyev, 1985-cu il təvəllüldü A. Məmmədov, 1974-cü il təvəllüdlü V. Əliyev, 1991-ci il təvəllüdlü E. Vəliyev, 1987-ci il təvvəllüdlü R. Əhmədov, 1980-ci il təvəllüdlü K. Nipalıyeva, 1992-ci il təvəllüdlü E. Səddərzadə, 1970-ci il təvəllüdlü A. Səfərov, 2011-ci il təvəllüdlü X. İsmayılova, 1966-cı il təvəllüdlü T. Pirqurban müxtəlif dərəcəli bədən xasarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktı DİN-in Gəncə regional qrupundan təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта