Bu ilin iyulun 26-da ABŞ-nin dövlət borcu rekord səviyyəyə çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
Hesabat dövründə ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 35,001 trilyon dollar təşkil edib. Buna səbəb kimi büdcə kəsirlərinin artması göstərilir. Xərclər gəlirdən çox olduqda isə büdcədə kəsir yaranır.
Sonuncu dəfə ABŞ-nin büdcə gəlirləri xərcləri 2001-ci ildə üstələyib. Kəsiri ödəmək üçün hökumət dövlət borcunu artırır.
2023-cü ilin məlumatına görə, ən çox vəsait əhalinin sosial təminatına (35%) ayrılıb. İkinci yerdə səhiyyə, üçüncü yerdə isə milli müdafiə gəlir.
Gözəl Həşimova