Keçmiş ABŞ lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir edən yeddi ştatdan dördündə ABŞ-nin vitse-prezidenti Kamala Harrisə uduzur.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” və “Morning Consult”un keçirdiyi sorğunun nəticələrində göstərilib.
Harris Arizona (49% - 47%), Viskonsin (50% - 47%), Miçiqan (53% - 42%), Nevada (47% - 45%) ştatlarında Tramp üzərində üstünlüyə malikdir.
Corciya ştatında namizədlər eyni səviyyədə dəstək alsalar da (47%), Tramp Pensilvaniya (50%-46%) və Şimali Karolinada (50%-46%) daha çox dəstəkçiyə malikdir.
Sorğu iyulun 24-dən iyulun 28-dək aparılıb və 17 ştatdan 5 minə yaxın amerikalı seçici iştirak edib.