RU

Göygöldə 25 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirildi

Göygöldə bıçaq xəsarəti alan kişi dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.
 

Kənd sakini, 1999-cu il təvəllüdlü E. Mustafayev qarın nahiyəsinin kəsilmiş, deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb.


Həkimlərin səyinə baxmayaraq, 25 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri və kimin tərəfindən törədildiyi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.

Məqsəd Rəhimov Bizim. Media Qərb Bürosu

Избранный
49
bizim.media

1Источники