RU

Danışıqlar heç bir ilkin şərt irəli sürülmədən davam etdiriləcək

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr – səfir Serdar Kılıç və Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan arasında beşinci görüş iyulun 30-da iki ölkənin ortaq sərhədindəki Alican-Marqara sərhəd-keçid məntəqəsində baş tutub. Görüşdə əvvəlki müzakirələr zamanı razılaşdırılmış məsələlər təsdiqini tapıb.

Bu fikirlər Türkiyə Xarici İş­lər Nazirliyinin iki ölkə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayən­dələrin beşinci görüşü ilə bağlı açıqlamasında yer alıb.

Açıqlamada bildirilib ki, xüsusi nümayəndələr, həmçinin Akyaka-Axurik dəmir yolu sər­həd qapısının regional inkişafa uyğun şəkildə istifadəyə veriləcəyi təqdir­də tələb olunacaq texniki ehtiyacları qiy­mətləndirmək və diplomatik-rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Nə­ticə etibarilə son məqsədi tam normallaş­ma olan bu prosesin heç bir ilkin şərt irəli sürülmədən davam etdirilməsinə dair razı­lıq əldə olunub.

Избранный
22
4
xalqqazeti.az

3Источники