Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya Haniyənin öldürülməsinə reaksiya verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər veirr ki, Yerlikaya baş verən hadisəni pislədiyini ifadə edərək, Fələstin davasının bu cür xain sui-qəsdlərlə məhv edilə bilməyəcəyini bildirərək sosial media hesabından verdiyi açıqlamada iyrənc hücumu bu sözlərlə qınadığını bildirib:
\"Günahsız insanları, uşaqları, qadınları, qocaları öldürməkdən bir an belə çəkinməyən işğalçı İsrail bu dəfə Tehranda xain sui-qəsd həyata keçirərək HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni şəhid etdi. Bu alçaq sui-qəsdi lənətləyirəm. Fələstinin davası bu cür xain sui-qəsdlərlə məhv edilə bilməyəcək qədər müqəddəs müharibədir\".
Gülay