RU

"Sumqayıt"ın heç-heçəsi Azərbaycanın UEFA reytinqindəki yerinə təsir edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarının ikinci gününün nəticələrindən sonra UEFA yenilənmiş əmsallar cədvəlini dərc edib.
Oxu.Az xəbər verir ki, Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın da mövqeyinə təsir edib. Macarıstanda "Fehervar"la qolsuz heç-heçə edən "Sumqayıt" ölkəmizə 0.125 xal (bu mərhələdə heç-heçəyə görə verilən 0.500 xal klubların sayına (4) bölünüb) qazandırıb.
Bununla xal hesabımız 18.125-ə yüksəlib. Bu qazanca baxmayaraq, Azərbaycan 25-ci sıraya düşüb. Eyni xala malik olan Slovakiya 24-cü pilləni ələ keçirib (ölkənin bütün 4 komandası Avrokuboklarda mübarizəni davam etdirir).
Cari mövsümün qazancı 1.375-ə çatıb. Ölkə reytinqi üçün "Zirə" və "Qarabağ" hərəyə 0.500 xal, "Sabah" 0.250 xal, "Sumqayıt" 0.125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir - 89.160 xal.
Избранный
148
50
oxu.az

10Источники