Kremlin sözçüsü Dmitri Peskov F-16 döyüş təyyarələrinin Ukraynaya mümkün təhvilinin cəbhədəki inkişafın dinamikasına ciddi təsir etməyəcəyini bildirib.Peskov F-16 döyüş təyyarələrinin Qərb ölkələrindən Ukraynaya gətirildiyi iddiaları ilə bağlı jurnalistlərə açıqlama verib.Çatdırılma ilə bağlı açıqlama verilməsə də bəzi mesajların olduğunu xatırladan Peskov, F-16 döyüş təyyarələrinin Ukraynaya mümkün təhvilinin Ukrayna ordusu üçün həll yolu olmayacağını qeyd edib.F-16-ların Ukraynada ortaya çıxdığı zaman Rusiyanın hədəfi olacağına işarə edən Peskov, “Bu təyyarələr ortaya çıxacaq, sayları getdikcə azalacaq, vurulacaq və düşürüləcək. Təbii ki, bu tədarüklər cəbhədəki inkişafın dinamikasına ciddi təsir göstərə bilməyəcək" bildirib.Peskov Ukraynada F-16-ların məhv edilməsinə görə rus hərbçilərinə mükafat vəd edildiyini də xatırladıb.Qeyd edək ki, bəzi qərb qəzetləri F-16 döyüş təyyarələrinin ilk partiyasının Ukraynaya çatdırıldığını yazıb. Ukrayna rəsmiləri bu məsələ ilə bağlı şərh verməyəcəklərini açıqlayıblar.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта