RU

Rusiya Kiyevə hücum zamanı “ulduz zərbəsi”ndən istifadə edib

İyulun 31-də Kiyevə edilən və analitiklərin fikrincə, istifadə edilən pilotsuz təyyarələrin sayına görə rekorda çevrilən kütləvi hücum zamanı Rusiya ulduz zərbəsi adlandırılan zərbədən istifadə edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hərbi ekspert İqor Romanenko TSN-ə müsahibəsində deyib.

Romanenkonun sözlərinə görə, ulduz zərbəsi düşmənin eyni vaxtda müxtəlif tərəfdən hədəfləri vurmasıdır - dalğalarla və hər tərəfdən Kiyevə daxil olan “Şahed”lərdə olduğu kimi.

O əlavə edib ki, Rusiya əvvəllər bu taktikadan istifadə edib, lakin qanadlı raketlərlə.

…İndi bu artıq dronlarda edilib. Belə bir hücumu dəf etmək çox çətindir. Hər tərəfdən düşmən hədəflərini məhv etmək üçün zenit-raket qırıcıları son dərəcə çətin şəraitdə işləməli olurlar. Bu kompleksin idarəetmə strukturunun rolu burada çox vacibdir, daha səmərəli olmaq üçün səyləri tez bir şəkildə bölüşdürmək lazımdır.

Romanenko qeyd edib bunu.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
89
14
sia.az

10Источники