RU

Haniyənin ölümü bölgədəki vəziyyəti ağırlaşdırır- ÖZƏL

"Haniyənin ölümü bölgədə vəziyyəti ağırlaşdırır. İran-İsrail, İsrail-Livan, İsrail-Suriya münasibətləri onsuz da gərgindir. Həmasla müharibə gedir. Atışmalar, gərginlik var. Bu hadisənin də baş verməsi bölgədə müharibə riskini daha da artırır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:

"Əlbəttə, belə bir şəraitdə yeni prezident seçilən İran prezidenti üçün də çox ciddi və məsuliyyətli qərarlar qəbul etmək öhdəliyi yaranır. Bütün hallarda İsmayıl Haniyə İran dövlətinə rəsmi dəvət olunmuş şəxs idi. Bu hadisənin baş verməsi yeni prezidentin də üzərinə vəzifələr qoyur. Amma bütün hallarda mən düşünürəm ki, yenə beynəlxalq hüququn, beynəlxalq münasibətlər sistemindəki mövcud olan beynəlxalq təşkilatların imkanlarından istifadə olunmalıdır. Mən düşünürəm ki, İran mütləq BMT Təhlükəsizlik Şurasının çağırılmasını təşkil etməlidir və əslində bu baş verən hadisələr müzakirə olunmalıdır. Hər halda dövlətlər bir-birlərinin ərazi bütövlüyünə, suverenliyinə hörmət etməlidir. Düşünürəm ki, bütün hallarda, gərginliyin artması, eskalasiyanın dərinləşməsi yaxşı heç nə vəd etmir. Nə regiona, nə də İrana. Məncə, bunu daha çox beynəlxalq müstəvidə həll etmək, müzakirə etmək və hər bir tərəfin vəzifələrinin, məsuliyyətlərinin müəyyənləşməsinə nail olmaq lazımdır. Bu, sanki Məsud Pezeşkiyanın ilk sınağıdır. Bu, olduqca ağır bir sınaqdır. Hər halda bütün hallarda beynəlxalq hüquqdan çıxış edib, həm də dövlətin maraqlarını, simasını qorumaq. Doğru ölçülən addımlar atmaq lazımdır ki, eskalasiya bir qədər də dərinləşməsin və daha ciddi böhranla üz üzə qalmasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
86
olaylar.az

1Источники