RU

ABŞ İranın hücumunu dəf etmək üçün İsrailə kömək etməyə hazırlaşır - KİV

ABŞ yaxın günlərdə İran və müttəfiqlərinin, o cümlədən Livanın “Hizbullah” hərəkatının hücumunu dəf etmək üçün İsrailə kömək etməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, ABŞ kəşfiyyatı iyulun 31-də İranın planlaşdırılan hücumu ilə bağlı xəbərlər almağa başlayıb. Bayden administrasiyası əmindir ki, İran HƏMAS Siyasi Bürosunun rəhbərinin Tehranda öldürülməsinə cavab olaraq, yaxın bir neçə gün ərzində İsrailə hücum etmək niyyətindədir və İran buna görə İsrailin məsuliyyət daşıdığını bildirir.
Mənbələrin məlumatına görə, Amerika rəsmiləri bu hücumun da İranın aprelin 13-də İsrailə zərbə endirərkən izlədiyi sxem üzrə həyata keçiriləcəyinə inanırlar.
Həmçinin, mənbələrin məlumatına görə, ABŞ-nin Fars körfəzi, Şərqi Aralıq dənizi və Qırmızı dənizdə yerləşən hərbi birləşmələri də İranın zərbəsini dəf etmək üçün hazırlıqlarda iştirak edir.
Portal xəbər verir ki, İsrail kəşfiyyatı İranın irimiqyaslı raket hücumu həyata keçirmək niyyətində olduğunu bildirir.

Избранный
80
50
paytaxt.org

10Источники