RU

"Düzgün nəticə çıxarmasa, barəsində daha ciddi düşünəcəyik" - Qurbanov

Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq.

Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının I turunda keçirilən "Araz Naxçıvan"la matçdan sonra mətbuat konfransında deyib.

"Qarşılaşmanı pis keçirmədik. Ümumi olaraq futbolçuların bəzi epizodlardakı davranışları məni narazı saldı. "Araz Naxçıvan"ın oyun sisteminə görə matça hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, rəqib mübarizə apardı. Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq", - Q.Qurbanov vurğulayıb.

Elvin Cəfərquliyevin tez-tez qırmızı vərəqə almasına toxunan baş məşqçi deyib ki, hücumda çox iştirak edən oyunçu müdafiədə səhvlərə çox yol verir: "Onun iki oyunluq cəzası var idi. Görünür ki, oyun praktikası azdır. Elvin idman formasını bərpa edən futbolçudur. Kartlara gəldikdə, daha çox düşünməlidir. Epizodlardan düzgün nəticə çıxarmalıdır. Get-gedə sayı çoxalır. Bir az problemə çevrilir. Qarşıdakı oyunlara baxacağıq. Belə hallar təkrarlansa, daha ciddi düşünməyimiz lazım olacaq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının I turu çərçivəsində səfərdə "Araz Naxçıvan"la qarşılaşan "Qarabağ" 4:1 hesabı ilə qələbə qazanıb.


Müəllif: Teleqraf.com
Избранный
63
20
teleqraf.com

10Источники