RU

Afət Fərmanqızı açıq-saçıq geyinən müğənnilərlə bağlı nələr dedi?

Oxunub 1

Müğənni Ofeliya Şabanova qalmaqallı açıqlama verib.

O, müsahibəsində bildirib ki, toylara açıq-saçıq libasda gedən müğənnilərin bir çoxunu toy sahibləri məclisdən sonra özləri ilə başqa yerlərə aparırlar.

Viral.az xəbər verir ki, bu məsləyə münasibət bildirən Afət Fərmanqızı Lent.az-a bildirib ki, Ofeliya Şabanova öz fikrini çox sərt şəkildə səsləndirib.

“Hər müğənni haqqında onu demək olmaz. Səhnənin səhnə libası var, işin iş, evin ev. Rihannanı, Beyonsu kim hansısa restoranda, mağazada səhnədəki qədər açıq-saçıq libaslarda görüb. Bizdə mentolitet anlayışı güclüdür. Amma hamını eyni qəlibə soxmaq olmaz”,- deyə müğənni qeyd edib.

“Qərb musiqisini təmsil edən müğənnilərimizin bədən formaları uyğun gələrsə, mini libaslar geyinməsi yolveriləndir. Amma xanım xanəndədirsə, milli musiqilərimizi təmsil edirsə onun tar-kamança ilə mini ətəkdə oxuması əlbəttə düz gəlməz. Təsəvvür edin, açıq-saçıq libasda, mini ətəkdə oturub, tar-kamança ilə muğam oxuyur. Necə görünər? Röya xanıma, Lalə Məmmədovaya, Tünzaləyə, Aygün Kazımovaya belə libaslar çox yaraşır. Mənim bədən ölçülərim belə libaslar geyinməyə imkan versə də, geyinə bilmərəm. Qaraqaş, qaragöz şərq obrazlı xanımam, mənə yaraşmaz. Həm də, əgər belə fikrə düşərsəm, gərək obrazım üzərində ciddi iş getsin, başdan-başa radikal bir dəyişim olsun”- o bildirib.

“Formasını necə qoruyur?” sualına cavab verən müğənni deyib ki, son günlər pəhrizini tamamilə pozub.

“62 kilodan 68 kiloya qalxmışm. Moskvadan gələndən sonra heç diqqət eləmirəm. İki gündür xəngəl bişirtdirib yeyirəm. Toylar başlayanda yenidən formaya qayıdacam”, deyə o bildirib.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Избранный
238
36
viral.az

10Источники