Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında ev əşyaları 16 m² sahədə və 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi yanıb.
Bakıvaxtı.az xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.