Bu gün 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək.
Yenicag.az xəbər verir ki, imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu və Naxçıvan Dövlət Universitetində elektron qaydada təşkil ediləcək. Bakıda 154, Naxçıvanda 6 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.
İxtisaslar üzrə fənlərinin uyğunluğu və keçid balları burada təqdim edilib.
İmtahanda abituriyentlərə 30 qapalı tipli test tapşırığı təqdim ediləcək. Tapşırıqlardan 20-si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edir. 10 tapşırıq isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.
Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır.
Doğru cavablandırılan tapşırıqların sayı | Qiymətləndirmə (balla) |
28-30 | 10 |
25-27 | 9 |
22-24 | 8 |
19-21 | 7 |
16-18 | 6 |
13-15 | 5 |
10-12 | 4 |
7-9 | 3 |
4-6 | 2 |
1-3 | 1 |
0 | 0 |
Abituriyentlər verilmiş keçid vasitəsilə “İmtahana buraxılış vərəqəsini” çap edə bilərlər.
İmtahan saat 10:00-da başlanır. İmtahan müddəti 1 (bir) saatdır. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmır.
İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və s. elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.
Komissiyalar və onlara uyğun iştirakçı sayı cədvəldə təqdim olunur.
Komissiya nömrəsi | İştirakçı sayı |
18 | 25 |
20 | 65 |
24 | 16 |
27 | 8 |
29 | 5 |
30 | 31 |
73 | 12 |
75 | 1 |