RU

DünyaSEPAH: "İran liderinin İsraildən qisas almaq əmri yerinə yetiriləcək"

SİZİN REKLAM BURADA!055 213 76 73

"İranın ruhani lideri Ayətullah Əli Xameneyinin Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsraili cəzalandırmaq əmri yerinə yetiriləcək".

Oxu.Az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini, kontr-admiral Əli Fədavi deyib.

"Ali rəhbərin İsraili sərt şəkildə cəzalandırmaq və şəhid İsmayıl Haniyənin qanının qisasını almaq əmri aydındır və birmənalıdır. Onun əmrləri ən yaxşı şəkildə yerinə yetiriləcək, bu, İranın borcudur", - deyə Fədavi bildirib.

BAKU.WS

Избранный
204
4
far.az

10Источники