RU

İstefadan sonra Cavad Zərifdən İLK AÇIQLAMA – “Pezeşkian mənə zəng edib…”

İranın sabiq xarici işlər naziri və 14-cü hökumətdə strateji məsələlər üzrə vitse-prezidenti vəzifəsinə yenicə təyin olunan Məhəmməd Cavad Zərif istefasının ardından bu gün “X” hesabında paylaşım edib.

Ulusal.az  xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

Paylaşımda deyilir:

“Bir neçə dəqiqə öncə möhtərəm prezident Məsud Pezeşkian mənə zəng edib təşəkkürlərini çatdırdı və səmimi söhbət etdik. O, İran üçün fəxrlə səs verdiyimiz həmin Pezeşkian idi və mən harada olsam da həmin əziz, humanist və cəsur insanı və hökumətini dəstəkləyəcəm”.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif yeni vəzifəsində yalnız 10 gün işlədikdən sonra istefa verib və bundan sonra fəaliyyətini universitet davam etdirəcəyini bildirib.

Избранный
127
17
moderator.az

10Источники