RU

Qaya Məmmədov Qaraçuxurda seçicilərlə növbəti görüşünü KEÇİRDİ – FOTO

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən namizəd olan Qaya Məmmədov Qaraçuxur qəsəbəsində seçicilərlə keçirilən ikinci kütləvi görüş tədbirində iştirak edib. 

Bizim.Media xəbər verir ki, qəsəbənin Neftçilər Parkında keçirilən tədbirdə şəhid mayor Rüfət Əsgərovun atası, ağsaqqal ziyalı Mürvət Əsgərov, Birinci Qarabağ müharibəsinin şəhidi Oqtay Əliyevin həyat yoldaşı Nəsibə Əliyeva, Suraxanı sakini, hüquqşünas Siyasət Sultanlı və rayonun digər sakinləri çıxış edərək öz fikirlərini, sual və təkliflərini səsləndiriblər. 

Q.Məmmədov sakinlərin suallarını cavablandırıb, qaldırdıqları məsələlərə münasibət bildirib və onlara seçki prosesində fəal iştiraklarına görə təşəkkür edib.  

Qeyd edək ki, Q.Məmmədov 1999-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlayıb.
 

O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.


Qaya Məmmədov 2013-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsini icra edib. O, 2018-ci ildə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin olunub. Q.Məmmədov 2022-ci ildən bəri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisidir. 










Bizim.Media

Избранный
105
50
bizim.media

10Источники