Bu ilin birinci yarısında Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə ixracı 937,5 milyon ABŞ dolları dəyərində olub.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə 8,8 milyon dollar azdır.
Hesabat dövründə MDB ölkələrindən idxal isə 2,7 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 3% azdır.
Bu ilin 7 ayı ərzində Azərbaycanın MDB ölkələri ilə ticarətində lider Rusiya olub:
MDB ölkələri | Ticarət dövriyyəsi |
Belarus | 248,2 milyon dollar |
Qazaxıstan | 136,3 milyon dollar |
Qırğızıstan | 28,3 milyon dollar |
Moldova | 6 milyon dollar |
Özbəkistan | 118,2 milyon dollar |
Rusiya | 2,5 milyard dollar |
Tacikistan | 3,1 milyon dollar |
Türkmənistan | 261,3 milyon dollar |
Ukrayna | 280 milyon dollar |
Gözəl Həşimova