RU

Ermənistandan sərhəddə növbəti TƏXRİBAT » AzadMedia.az


Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Xatırladaq ki, Ermənistan son bir neçə gündə Naxçıvan və Kəlbəcərdəki mövqelərimizi atəşə tutub.
Избранный
176
7
azadmedia.az

10Источники