TR

Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır –“Tesla” bundan faydalana bilər


ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp elektromobilin alınmasına verilən 7 500 dollarlıq subsidiyanı ləğv etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi etibarlı mənbələrə istinadən yayıb.
Bildirilir ki, bu məlumatın yayılmasından sonra ölkənin ən böyük elektrik avtomobil istehsalçısı olan “Tesla”nın səhmləri 6%, “Rivian”ın səhmləri isə 14%-dən çox ucuzlaşıb.
“Tesla” səhmləri bu gün – noyabrın 15-də 5,8% ucuzlaşaraq 311,2 dollara düşüb. Digər elektrikli avtomobil istehsalçısı “Rivian”ın səhmləri isə 14,3% azalaraq 10,3 dollara düşüb. “General Motors” və “Ford Motor” kimi avtomobil istehsalçıları da dəyərini 1% itirib.
Qeyd olunur ki, elektromobilin alınmasına verilən 7 500 dollarlıq subsidiyanın ləğvi ABŞ-nin elektrik avtomobillərinə keçidini ciddi şəkildə ləngidə bilər.
Məlumatda bildirilir ki, elektrikli nəqliyyat vasitələrinə subsidiya Bayden administrasiyası tərəfindən inflyasiyanın azaldılması qanunvericiliyinin bir hissəsi kimi təqdim edilib. Onun ləğvi Trampın enerji məsləhətçiləri, milyarder neftçi Harold Hamm və Şimali Dakota qubernatoru Douq Burqum tərəfindən müzakirə edilir.
Maraqlıdır ki, ən böyük elektrik avtomobil istehsalçısı olan “Tesla”nın nümayəndələri isə bu addımı dəstəklədiklərini bildiriblər. Belə hesab olunur ki, “Tesla” subsidiyaların ləğvindən faydalana bilər, çünki bu subsidiyalar getdikcə artan rəqiblərinə özündən daha çox zərər verəcək. Trampı dəstəkləyən “Tesla”nın qurucusu İlon Mask iyul ayında deyib ki, subsidiyanın ləğvi şirkətin satışlarını bir qədər azaldacaq, lakin “General Motors” da daxil olmaqla, ABŞ-dakı rəqibləri üçün dağıdıcı olacaq.
Eyni zamanda qeyd edilir ki, “Tesla” ABŞ-nin Çin istehsalı olan elektrik avtomobillərinin idxalını əngəlləyən yüksək tariflərdən də əhəmiyyətli dərəcədə faydalana bilər. “Tesla” Çindən gələn elektrik avtomobilləri ilə rəqabət apara bilməyəcək, lakin Trampın köməyi ilə onların Amerika bazarına girişinin qarşısını ala bilər.

Murad Məmmədov
Seçilən
33
3
yeniavaz.com

10Mənbələr