AZ

Dünyanın ən şirin heyvanlarından biri - FOTOLAR

Miniatür eşşəklər dünyanın ən şirin heyvanlarından biridir. Vətəni Şimali Afrika, Siciliya və Sardiniyadır.


Sfera.az bildirir ki, balaca olduqları üçün eşşək balası olduğunu düşünməyin, onlar ayrı bir cinsdir. 1920-ci illərdə Amerikaya gətirilməyə başlanılıb.


Erkək eşşəklərə “Cek”, dişilərinə “Cennets”, balacalarına isə at balaları kimi “tay” deyilir.


Mini eşşəklər doğulanda 6-13 kq arasında olur.


Tam yetkin bir mini eşşək təxminən 81 sm ilə 91 sm arasındadır.


Ginnesin Rekordlar Kitabında ən qısa eşşək kimi qeyd olunan isə KneeHi 64,2 sm boyunda olub.


Bu eşşəklər ölçülərinin kiçik olmasıma baxmayaraq işləmək üçün öyrədilə bilər.


Bu balacalar mülayim, mehriban və itaətkar heyvanlardır. Həm insanlara, həm də digər heyvanlara qarşı sadiq və mehribandırlar.


Fermalarda qoyun sürülərinə qoşulur və onları yırtıcılardan (tülkü, vəhşi itlər, çaqqal) qorumağa kömək edir.


Öz dostlarını görəndə anqıra, qışqıra və hoppanıb-düşə bilərlər. Bəzən, bunu şirin mimika ilə də edə bilirlər.

 

Uşaqları sevirlər və onlara qarşı daha yumşaq və mehribandırlar.



Eşşəklər sürü heyvanlarıdır, ona görə də dostları ilə qrup halında yaşamağı xoşlayırlar.


Diqqəti cəlb etmək üçün müxtəlif üsullara əl ata bilərlər.


Aynil
Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
654
43
sfera.az

10Mənbələr