AZ

"Bu, Blinkenin ən böyük səhvidir" - Türkiyə lideri

"Bu, Blinkenin ən böyük səhvidir" - Türkiyə lideriABŞ dövlət katibi Antoni Blinkenin Tel-Əvivdə olarkən yəhudi mənşəli olması ilə bağlı açıqlaması Qəzza zolağındakı vəziyyət fonunda ən böyük səhvdir.Adalet.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.İqtisadi Əməkdaşlıq Təşkilatının sammitindən Daşkənddən qayıdarkən jurnalistlərin Blinkenlə görüşünün niyə baş tutmadığı ilə bağlı sualını cavablandıran Ərdoğan qeyd edib ki, amerikalı həmkarı diplomatik protokollara əsasən, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri tərəfindən qəbul edilib.“Niyə bütün dünya ABŞ-yə etiraz edir? Çünki ABŞ İsrailin Qəzza zolağında törətdiyi qırğına dəstək verməyə başladıqdan sonra hədəfə çevrilib. Cəmi üç gündə İstanbulda (Fələstinə dəstək mitinqi üçün) bir milyon yarım insan toplandı ki, bu da nəsə deyir. “Mən bura (Təl-Əvivə) yəhudi kimi gəlmişəm” deyərək, o, ən böyük səhvini etdi", - Ərdoğan bildirib. O, bir sıra ölkələrdə İsrail əməliyyatına və Vaşinqtona qarşı etirazları xatırladıb. Onun sözlərinə görə, hazırda İsrail “ehtiyatsızlığın” mərkəzidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
493
43
adalet.az

10Mənbələr