AZ

Kişilər daha çox hansı estetik əməliyyatı etdirir?

Son zamanlar estetik əməliyyatlar gənclər arasında geniş yayılmaqdadır.

Bu əməliyyatlara üz tutan hər kəs bir-birinə oxşamağa çalışır sanki. Maraqlı məqam ondan ibarətdir ki, son zamanlar estetik əməliyyata qadınlarla yanaşı, kişilərdə çox müraciət edir.

Qadınları başa düşdük, bəs bəylərin zahiri dəyişikliklərə bu qədər maraq göstərməsi nədən irəli gəlir?

Həkim ekspert Pərvanə Mustafayeva  Hit.az-a şərhində bildirib ki, Azərbaycanda kişilər ən çox burun əməliyyatı üçün müraciət edir, bunun əsas səbəbi burundakı əyrilik, deformasiyayla əlaqədardır:

"Transseksuallar tez-tez müraciət edirlər, onların məsələsi aydındır. Bununla yanaşı, kişilər otoplastika – şəlpə qulaqlardan xilas olma əməliyyatını da çox edir. Oğlan uşaqlarının qulaqları çox zaman enli olur. Bəzən kişilər travmadan qulaq qığırdağını qırır. Qızların gülüşünə hədəf gəlməmək üçün kişilər birinci bu əməliyyata üz tutur. Otoplastikanı 7 yaşından etmək olar. Amma burun əməliyyatı üçün 20 yaşa kimi gözləmək lazımdır.  Bəylər etdiyi estetik əməliyyatlar arasında falloplastika  əməliyyatı da üstünlük təşkil edir. Bu əməliyya cinsi orqanda düzəliş sayılır. Yəni cinsi orqanı böyütmək. Cinsi orqanı həcmləndirmək üçün biomaterialdan – alloplant, alloderm istifadə olunur. Onlar 2 il ərzində sovrulub itir, heç yerdə toplanıb qalmır. Kişilərdə estetik əməliyyatlar arasında liposaksiya əməliyyatına üz tutur. Belə ki, qarın, bel, bel, çiyin kimi əzələli görünüş əldə etmək istəyənlər estetika əməliyyat etdirir".

Həkim onu da əlavə edib ki, bu əməliyyatların qiyməti növünə görə dəyişir.

Sevinc
 

Seçilən
77
1
hit.az

10Mənbələr