AZ

Doğuş və qeysəriyyə əməliyyatı hansı özəl xəstəxanalarda PULSUZDUR? - Rəsmi AÇIQLAMA

Vətəndaşların əksəriyyəti özəl xəstəxanalara daha çox üz tutur. Çünki onlar özəl xəstəxanalarda olan əməliyyatlara, müayinələrə etibar edirlər. Doğuş və qeysəriyyə əməliyyatları üçün də elə məhz özəl xəstəxanalara müraciət edənlər çoxluq təşkil edir. Məlum olduğu kimi, özəl xəstəxanalarda qiymətlər dövlət xəstəxanaları ilə müqayisədə daha yüksəkdir. Bu baxımdan insanların çoxu özəl xəstəxanalarda da icbari tibbi sığortadan istifadə etməyə üstünlük verməyə başlayıb.
 
Amma vətəndaşların çoxu hansı özəl xəstəxanalarda icbari tibbi sığorta xidmətinin olduğundan məlumatsızdır.
 
Maraqlıdır, hansı özəl xəstəxanalarda doğuş və qeysəriyyə əməliyyatını icbari tibbi sığorta ilə həyata keçirmək mümkündür?
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bizim.media-nın sorğusuna cavab olaraq bildirib ki, pasiyentlər göndəriş vərəqəsi ilə qurumun müqavilə bağladığı özəl tibb müəssisələrinə müraciət edə bilərlər.
 
"Klassik qeysəriyyə kəsiyi əməliyyatının dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmadıqda bu zaman pasiyentə göndəriş vərəqəsi verilir və o, göndəriş vərəqəsi ilə agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən birini seçməklə tibbi xidməti ala bilər. Pasiyent özəl tibb müəssisəsinə təcili tibbi yardımın göstərilməsi ilə bağlı göndəriş olmadan müraciət etdikdə özəl tibb müəssisəsi agentliyin elektron ünvanına bu barədə sorğu göndərir.
 
Agentlik göstəriləcək xidmətin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olduğunu, dövlət tibb müəssisəsində göstərilməsinin mümkünlüyünü və təcililik dərəcəsini nəzərə alaraq, tibbi xidmətin göstərilməsi barədə (icbari tibbi sığorta çərçivəsində qarşılayır və ya sığorta ödənişindən imtina edir) qərar verir. Təcili və təxirəsalınmaz hallar istisna olmaqla, pasiyent göndəriş vərəqəsi olmadan özəl tibb müəssisəsinə birbaşa müraciət etdikdə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır".
 
Bəs agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri hansılardır?
 
Qeyd edək ki, agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı bu il 140-dan 165-ə çatdırılıb. Müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıtla yanaşı, Abşeron, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Goranboy, Şəmkir, Tovuz, Mingəçevir, Bərdə, Kürdəmir, Sabirabad, İmişli, Şirvan, Salyan, Biləsuvar, Masallı və Lənkəran da var.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin paketinə aid olan tibb müəssisələrinin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz.
 
 
 
 
 
 
 
Seçilən
65
23
moderator.az

10Mənbələr