AZ

Ülvi Quliyevi seçiciləri seçmirlər – Deputatlığa namizəddən iddia

“Ülvi Quliyevi yenə də deputat seçmək istəyirlər. Təbii ki, namizəd olduğu 15 saylı Yasamal Birinci Seçki Dairəsinin seçiciləri yox! Yuxarılar…”

 

Bunu deputatlığa namizəd Ülvi Quliyevin Ümid Partiyasından rəqibi Taleh Əliyev sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, seçicilərlə görüşünə inzibati resurslardan istifadə edərək xeyli sayda insan yığıblar:

 

"Ülvi Quliyev 2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən, 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən, 2015-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən, 2020-ci ildə yenə də 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputat seçilib. Maraq üçün YouTube kanalında axtarışa verdim ki, görüm cənab millət vəkili 4 dönəm Milli Məclisdə hansı qanunvericilik təşəbbüsü ilə yadda qalıb. Heç bir məlumat çıxmadı. Heç cari məsələlərin müzakirəsində də çıxışları yoxdur.

 

Keçən dövrləri bəlkə də başa düşmək olar. Dünyada və xüsusilə də regionda ictimai-siyasi, hərbi və təhlükəsizlik məsələləri indiki qədər mürəkkəb və ziddiyyətli deyildi. Amma indi vəziyyət kifayət qədər təhlükəli həddədir!

 

Xanımlar və cənablar!

 

İkinci Qarabağ müharibəsində qələbə çalan Müzəffər Ali Baş Komandanın Müzəffər Ordusu var idi!

 

Bu gün savaş meydanı diplomatik cəbhələrdədir!

 

Dövlətimizin və dövlət başçısının bu savaşdada qələbə çalması üçün ölkənin milli, real siyasi qüvvələrinin parlamentə təmsilçiliyinə mane olunmamalıdır!

 

Əksinə süni maneələri aradan qaldırmaqla bu prosesə töhfə verilməlidir.

 

Yaxın gələcəkdə regional və qlobal vəziyyət Azərbaycan üçün ikinci Qarabağ müharibəsində də daha təhlükəli və riskli olacaq!

 

O zaman Azərbaycana və onu idarə edən hakimiyyətə qətiyyətli və cəsarətli parlament – millət vəkilləri hava və su qədər lazım olacaq!”

Tarix: 20 Avqust 2024, 23:01   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
50
pravda.az

10Mənbələr