Rusiyada “Vnukovo”, “Domodedovo” və “Jukovski” hava limanlarında uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Moskva vaxtı ilə saat 02:31-dən 06:30-dək müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Modern.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
8 təyyarə alternativ aerodromlara göndərilib.
Qeyd olunub ki, hazırda Moskva hava limanları normal rejimdə işləyir.