Rusiyanın “Zolotaya korona” sürətli pulköçürmə sisteminin Gürcüstanda işi tam bərpa edilib.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Banklar Assosiasiyasının rəhbəri Aleksandr Dzneladze məlumat verib.
O bildirib ki, sistem hazırda normal rejimdə işləyir.
Rəsminin sözlərinə görə, assosiasiya və ölkənin aparıcı bankları tərəfindən aparılan audit sistem ilə ABŞ və Aİ tərəfindən sanksiya tətbiq edilən şəxslər arasında heç bir əlaqə aşkar etməyib.