AZ

Türkiyədə “Meymunçiçəyi” virusuna yoluxma qeydə ALINIB

“Türkiyənin bəzi xəstəxanalarında “Meymunçiçəyi” virusuna bir neçə yoluxma qeydə alınıb, lakin xəstəlik qorxulu səviyyəyə çatmayıb." 

Bizim.Media xəbər verir ki, bu sözləri “NTV”-yə açıqlamasında Koç Universitetinin İş Bankı Yoluxucu Xəstəliklər Araşdırma Mərkəzinin direktoru Professor Dr. Önder Ergönül bildirib.  

Onun sözlərinə görə virusun yayılma risqi Covid19 səviyyəsində deyil. 

"Virusun iki fərqli növü var. Yayılma potensialı olan növü hazırda təsirlidir. Amma, Covid19 kimi hava yolu ilə yayılıb qısa müddətdə böyük kütləyə yoluxa bilməz. Dəri yolu ilə və yaxın münasibətdə yoluxulan xəstəlik olduğu üçün geniş yayılması ehtimalı zəifdir. 
 

Türkiyədə indiyə qədər yalnız bir neçə hadisə müşahidə olunub. Bu vəziyyət qorxulu səviyyədə deyil. Biz Səhiyyə Nazirliyi ilə sıx əlaqə saxlayırıq və işləri nəzarətdə saxlayırıq”, - Dr. Ergönül vurğulayıb. 


Qeyd edək ki, Türkiyənin Səhiyyə Nazirliyindən verilən açıqlamada isə yoluxmanın hələ qeydə alınmadığı bildirilmişdi. 

Bizim.Media

Seçilən
92
50
bizim.media

10Mənbələr