Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı iş vaxtı ölüb.
"Report" xəbər verir ki, hadisə Nazirliyin Nizami rayonunda yerləşən Təlim Mərkəzində qeydə alınıb.
Həmin mərkəzdə çalışan 1976-cı il təvəllüdlü Rəhilə Yasin qızı Qasımova qəfildən dünyasını dəyişib.
İlkin ehtimala görə, qadın ürək çatışmazlığından keçinib.
Faktla bağlı araşdırma aparılır.