AZ

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı iş vaxtı ölüb

Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı iş vaxtı ölüb.

Oxu24.com "Report"a istinadən xəbər verir ki, hadisə nazirliyinin Nizami rayonunda yerləşən Təlim Mərkəzində qeydə alınıb.

Həmin mərkəzdə çalışan, 1976-cı il təvəllüdlü Rəhilə Yasin qızı Qasımova qəfildən ölüb.

İlkin ehtimala görə, qadın ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
49
oxu24.com

10Mənbələr