AZ

Netanyahunun oğlunun yaşadığı binada təhlükəli anlar

İsrailin Baş naziri Benyamin Netanyahunun böyük oğlu Yairin Mayamidə yaşadığı elit yaşayış kompleksində partlayıcı qurğuya bənzər əşya aşkar edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İsrailin "N12" telekanalı yayıb. 

Məlumata görə, avqustun 20-də bina sakinləri öz mənzillərini tərk etməmələri və pəncərəyə yaxın durmamaları ilə bağlı kompleksin administrasiyasından və polisdən bildiriş alıblar. Üç saatdan sonra isə onlara sözügedən əşyanın yoxlanıldığı və onun bomba olmadığı barədə məlumat verilib. 

Kompleks sakinlərindən birinin telekanala verdiyi məlumata görə, həmin binada çox sayda israilli yaşayır. Onun sözlərinə görə, insident zamanı Netanyahunun 33 yaşlı oğlu binada olmayıb. Bununla belə, digər sakin bildirib ki, Yair Netanyahu "nə isə baş verəcək deyə həmişə narahat olur" və vaxtının çoxunu evdə keçirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
7
milli.az

9Mənbələr