AZ

Netanyahunun oğlunun yaşadığı binada təhlükəli anlar

İsrailin Baş naziri Benyamin Netanyahunun böyük oğlu Yairin Mayamidə yaşadığı elit yaşayış kompleksində partlayıcı qurğuya bənzər əşya aşkar edilib.

Olaylar xəbər verir ki, bu barədə məlumatı İsrailin "N12" telekanalı yayıb. 

Məlumata görə, avqustun 20-də bina sakinləri öz mənzillərini tərk etməmələri və pəncərəyə yaxın durmamaları ilə bağlı kompleksin administrasiyasından və polisdən bildiriş alıblar. Üç saatdan sonra isə onlara sözügedən əşyanın yoxlanıldığı və onun bomba olmadığı barədə məlumat verilib. 

Kompleks sakinlərindən birinin telekanala verdiyi məlumata görə, həmin binada çox sayda israilli yaşayır. Onun sözlərinə görə, insident zamanı Netanyahunun 33 yaşlı oğlu binada olmayıb. Bununla belə, digər sakin bildirib ki, Yair Netanyahu "nə isə baş verəcək deyə həmişə narahat olur" və vaxtının çoxunu evdə keçirir. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
7
olaylar.az

9Mənbələr