AZ

Məşhur aktyorun şirkəti BAĞLANDI - FOTO

Türkiyənin məşhur aktyoru Kadir Doğulu yaşadığı maddi sıxıntıya görə prodüser şirkətinin ofisini bağlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Aktyorun işçilərini işdən çıxardığı və 3 aydır maaşlarını vermədiyi məlum olub. Maaşlarını ala bilməyən işçilər məhkəməyə müraciət etməyə hazırlaşır.

 

Xatırladaq ki, “Alim Yapım” adlı prodüser şirkəti sonuncu dəfə Alperen Duymaz, Engin Öztürk və Büşra Develinin rol aldığı “Aşkın Pusula” serialını çəkib.

 

Ülkər Abdurahmanlı

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
3
sfera.az

10Mənbələr